Milli Məclis parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

 Milli Məclis parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Titul.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyi xahiş ediblər.

Müzakirələr zamanı deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər.

Müzakirələrdən sonra müraciət səsverməyə qoyularaq qəbul edilib.

12:10 - 21 İyun 2024

Xəbər lenti