Minlərlə robot işə salınır - Qorxulu tendensiya başlayır?

 Minlərlə robot işə salınır - Qorxulu tendensiya başlayır?

"Tesla" elektrik avtomobili fabriklərində minlərlə insanabənzər "Optimus" robotu işləyəcək.

Titul.az xəbər verir ki, bunu "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask bəyan edib.

O hesab edir ki, insanabənzər robotların hərəkət səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə arta biləcək. Belə ki, onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, onlardan da bunu tələb etmək kifayət edəcək.

Mask istisna etməyib ki, "Optimus" robotlarının yeni növləri insanlar kimi videolara baxaraq müxtəlif bacarıqlar əldə edə biləcəklər.

 

17:39 - 14 İyun 2024

Xəbər lenti