11 deputat vəzifəsindən kənarlaşdırıldı - Kütləvi davaya görə

 11 deputat vəzifəsindən kənarlaşdırıldı - Kütləvi davaya görə

İyunun 13-ü İtaliya parlamentində baş verən kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırılıb.

Titul.az xəbər verir ki, parlament onların iclaslarda iştirakını müvəqqəti olaraq dayandırıb.

Qeyd olunur ki, davadan sonra parlament 11 deputatın 2 gündən 15 günə qədər işdən kənarlaşdırılmasına qərar verib.

Çəkilmiş kadrlardan görünür ki, parlamentarilərdən birinin İtaliya bayrağını açmasından sonra ən azı 20 nəfərin iştirakı ilə dava başlayıb.

 

13:05 - 14 İyun 2024

Xəbər lenti