İyunun 13-ü İtaliya parlamentində baş verən kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırılıb.
Titul.az xəbər verir ki, parlament onların iclaslarda iştirakını müvəqqəti olaraq dayandırıb.
Qeyd olunur ki, davadan sonra parlament 11 deputatın 2 gündən 15 günə qədər işdən kənarlaşdırılmasına qərar verib.
Çəkilmiş kadrlardan görünür ki, parlamentarilərdən birinin İtaliya bayrağını açmasından sonra ən azı 20 nəfərin iştirakı ilə dava başlayıb.
13:05 - 14 İyun 2024