2022-ci ilin fevral-mart aylarında Rusiya qoşunları Kiyevin yaxınlığında idi, lakin Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq üç milyon əhalisi olan Ukraynanın paytaxtına hücumu nəzərdə tutmadığını söyləyib.
Titul.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
O qeyd edib ki, əsas məqsəd Ukraynanı danışıqlar prosesinə başlamağa sövq etmək olub.
"Əsasən, biz Ukraynanı danışıqlara sövq etmək istəyirdik", - Rusiya prezidenti söyləyib.
15:36 - 14 İyun 2024