Fransanın İnkişaf Agentliyi Asiya İnkişaf Bankının dəstəyi ilə büdcə kəsirinin kompensasiyası üçün Ermənistana 75 milyon avro həcmində kredit ayıracaq.
Titul.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu barədə sənədin iyunun 26-da imzalanacağı planlaşdırılır.
Qeyd edilir ki, məbləğ dövlət büdcəsinin müvafiq xərclərinin ödənilməsi baxımından olduqca əhəmiyyətlidir.
13:04 - 20 İyun 2024