Rusiyanın Leninqrad şəhərində dəhşətli qətl hadisəsi olub.
Titul.az xəbər verir ki, belə ki, 35 yaşlı kişi polisə zəng edərək bir nəfəri öldürdüyünü bildirib. Ünvana gələn polislər dəhlizdə 43 yaşlı qadının qanlar içində olan meyiti ilə qarşılaşıblar.
Zəng edən kişi polisə ifadəsində bildirib ki, mərhumla nikaha imza atmağa hazırlaşdıqlarını, lakin son iki gündür qısqanclıq zəminində mübahisə etdiyini deyib. O qeyd edıb ki, içki içdikdən sonra sevgilisini döyüb. Nəticədə huşunu itirən qadın dəhlizdə qalıb. O, qanı yuyub qadını oyatmaq üçün onu hamama sürükləsə də, artıq gec olub.
Hazırda təqsirləndirilən şəxs həbs edilərək təcridxanaya yerləşdirilib.
10:18 - 14 İyun 2024