"Onunla öpüşmək dəhşət idi" - Aktrisa o məşhur səhnədən danışdı

Məşhur aktrisa Keyt Uinslet Kult məşhurluğunun zirvəsi olan “Titanik”də Leonardo Di Kaprio ilə öpüşmə xatirələrini bölüşüb.

Titul.az xəbər verir ki, Kate Uinslet Di Kaprionun "əsl romantik" olduğunu və bütün gənc qızların onunla öpüşmək istəyinin təəccüblü olmadığını söyləyib. Bununla belə, Uinslet yumorla qeyd edib ki, onunla öpüşmək asan deyil.

"Hər çəkilişdən çıxanda sanki şokolad və karamel yeyirdim, çünki onun makiyajı məndə qalırdı. Öpüş səhnəsindən sonra qrimimiz təzələnməli olurdu", - deyə aktrisa bildirib.

Aktrisa ilk öpüş səhnəsində dizini məhəccərə vurduğu üçün səhnəni bir neçə dəfə yenidən çəkdiklərini deyib:

"Leo gülməyi dayandıra bilmədi və biz bunu təxminən dörd dəfə təkrar etməli olduq”.

Qeyd edək ki, 1997-ci ildə “Titanik” filminin çəkilişləri zamanı Leonardo Di Kaprionun 22, Keyt Uinsletin isə 21 yaşı olub. Filmin nümayişindən sonra onlar dost qalıblar, bu da onların sevgili olmaları barədə söz-söhbətlərin yayılması ilə nəticələnib.

11:01 - 14 İyun 2024

Xəbər lenti