"Real"ın hücumçusu PSJ-nin təklifin RƏDD ETDİ

Braziliya millisinin və "Real Madrid"in vingeri Rodriqo Qoes Fransanın Paris Sen-Jermen klubuna keçməkdən imtina edib.

Titul.az xəbər verir ki, PSJ rəhbərliyi Rodriqonu almaq imkanını ciddi şəkildə nəzərdən keçirir. Bununla bağlı futbolçunun özünə və “qaymaqlılar”ın prezidenti Florentino Peresə müraciət edib. Braziliyalı futbolçu parislilərin təklifini dərhal rədd edərək "Real Madrid"də qalacağını bildirib. 

Bununla belə, “Real Madrid” Rodriqo üçün təklif olunan məbləğ 150 milyon avroya yaxın olarsa, onun transferini nəzərdən keçirməyə hazırdır.

Bundan əvvəl Rodriqonun bu yay "Mançester Siti"nin futbolçusu ola biləcəyi bildirilib.

Ötən mövsüm Rodriqo bütün yarışlarda 51 matçda iştirak edib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.

09:10 - 14 İyun 2024

Xəbər lenti