Metro istifadəçilərinə ŞAD XƏBƏR: Bu əməliyyat AKTİVLƏŞDİ

 Metro istifadəçilərinə ŞAD XƏBƏR: Bu əməliyyat AKTİVLƏŞDİ

Bank kartları ilə metroda ödəniş üçün pilot layihə kimi hazırda “birbank” mobil tətbiqində ödəniş mümkündür.

Titul.az news24.az-a istinadən xəbər verir ki, “Birbank” mobil tətbiqinə daxil olaraq “ödənişlər” kateqoriyasına keçid etdikdə “operatorlar” bölməsinin altında “Bakıkart” bölməsi görünəcək. Həmin bölməyə daxil olaraq bank kartınızda olan vəsaitlə “QR biletlə” ödəniş üsulunu aktivləşdirib metroda ödəniş edə bilərsiniz. 

"Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edilə bilən üsul artıq metronun bütün stansiyalarında mövcuddur.

Qeyd edək ki, hazırda mövcud olan “QR biletlə” ödəniş üsulu bank kartlarından sadəcə “Birbank”da mövcuddur. Digər bank kartlarında hələlik bu sistem tətbiq olunmur.

10:30 - 20 İyun 2024

Xəbər lenti