Messi Amerika Kubokunda qızıl buts geyinəcək - FOTO

 Messi Amerika Kubokunda qızıl buts geyinəcək - FOTO

"Adidas" şirkəti Argentina millisinin lideri Lionel Messinin qarşıdan gələn Amerika Kubokunda geyinəcəyi butsları nümayiş etdirib.

Titul.az fanat.az-a istainadən xəbər verir ki, şirkət bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
"Adidas F50" modeli "Triunfo Dorado" (“Qızıl Zəfər”) adlanır və ağ, qara və qızılı rənglərdə hazırlanıb. 

Qeyd edək ki, ABŞ-da keçiriləcək Amerika Kuboku bu gün - iyunun 20-də başlayacaq və iyulun 14-nə qədər davam edəcək.

Amerika Kubokunda argentinalılar Kanada (21 iyun), Çili (26 iyun) və Peru (30 iyun) ilə qarşılaşacaqlar.

10:18 - 20 İyun 2024

Xəbər lenti