Futbol üzrə Ukrayna milli komandası Almaniyada keçiriləcək Avropa çempionatı zamanı xüsusi mühafizəyə götürüləcək.
Titul.az TASS-a istinadən xəbbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser məlumat verib.
O bildirib ki, "Bu, bizim üçün xüsusi bir çağırışdır. Biz bu komandanı xüsusi himayə altına almağa qərarlıyıq". DİN rəhbəri təfərrüat barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Ukrayna millisi turnirdə E qrupunda Belçika, Slovakiya və Rumıniya komandaları ilə eyni qrupda yer alıb.
20:27 - 13 İyun 2024