"Survivor All Star"ın çempionu MƏLUM OLDU

Türkiyənin TV8 telekanalında yayımlanan məşhur “Survivor All Star 2024”-ün çempionunun adına aydınlıq gəlib.

Titul.az xəbər verir ki, 6 aylıq çətin macəradan sonra oyunlar İstanbulda canlı yayımlanıb və Ogeday Girişken ikinci dəfə çempionluq tituluna sahib çıxıb.

İlk dəfə tamaşaçıların sms-i ilə yox, öz güclərinin imkan verdiyi qədər irəli getdikləri “Survivor"da Nefise ilə finala yüksələn Ögeday Girişken canlı yayımda oynanan oyundan sonra qadın rəqibini 6-2 hesabı ilə məğlub edərək "çempion" adına sahib çıxıb.

02:22 - 14 İyun 2024

Xəbər lenti