Ərinin keçmiş arvadının çılpaq şəkillərini yayan qadın TUTULDU

 Ərinin keçmiş arvadının çılpaq şəkillərini yayan qadın TUTULDU

Türkiyədə ailə münaqişəsi ağır cinayətə yol açıb. 

Titul.az xəbər verir ki, İstanbulda yaşayan Aişə Ö. onu aldatdığı üçün əri Cüneyt M. ilə 2022-ci ildə boşanıb.

Bundan sonra Cüneyt M. Canan M. ilə ailə həyatı qurub. Bu evliliyə görə sabiq ər-arvad arasında mübahisələr səngimək bilməyib.

Bir müddət sonra kişinin yeni həyat yoldaşı Canan M. də mübahisələrə qoşulub. Kişinin yeni həyat yoldaşı bu dəfə sakit dayanmayaraq ərinin sabiq həyat yoldaşının evli ikən kişiyə göndərdiyi çılpaq fotoşəkillərini Aişə Ö.-nün qohumlarına və rəfiqələrinə yollayıb.

Ayşe Ö. də öz növbəsində prokurorluğa üz tutub. Artıq faktla bağlı cinayət işi açılıb.

Canan M. ittihamları rədd etsə də onu 5 ilə qədər həbs gözləyir.

19:20 - 13 İyun 2024

Xəbər lenti