Atadan dəhşətli ƏMƏL: Qızını və nəvəsini ...

 Atadan dəhşətli ƏMƏL: Qızını və nəvəsini ...

Türkiyədə dəhşətli qətl hadisəsi ba. verib.

Titul.az xəbər verir ki, ata qızını və nəvəsini öldürüb.

Hadisə Eskişehirdə qeydə alınıb. Səhər tezdən işə gedən 31 yaşlı Merve Karabaş  oğlu 7 yaşlı Alpla birgə avtomobilinə minib. Bu zaman Adanadan gəlib onu izləyən atası Osman Nuri K. ilə rastlaşıb. Tərəflər arasına mübahisə yaranıb.

Mübahisə zamanı ata silahla qızına atəş açaraq onu öldürüb. Bu zaman onun nəvəsi də maşından düşərək qaçıb. Nəvəsinin qaçdığını görən baba ona da atəş açaraq, həyatına son qoyub.

Hadisə şahidlərindən biri dərhal polisə xəbər verib və təhlükəsizlik əməkdaşları hadisə yerinə gəliblər.

Qatil ata saxlanılıb. Hadisə yerinə gələn qadının 11 illik həyat yoldaşı isə arvadı və oğlunun öldüyünü görüb.

15:56 - 13 İyun 2024

Xəbər lenti