İngiltərə Avropa çempionu olsa, GÖRÜN ÖZÜNÜ NƏ HALA SALACAQ

 İngiltərə Avropa çempionu olsa, GÖRÜN ÖZÜNÜ NƏ HALA SALACAQ

Milli komanda ilə Avropa çempionatına hazırlaşan “Brentford” və İngiltərə yığmasının hücumçusu Ayvan Toni millisinin turnirdə qalib gələcəyi təqdirdə edəcəyi ilginc hərəkəti açıqlayıb.

Titul.az xəbər verir ki, Ayvan Toni çempion olacaqları müqabildə alnına döymə etdirməyə hazır olduğunu etiraf edib.

“Bəli, 100 faiz yeni döymə etdirəcəyəm. Qazansaq, təbii ki. Düşünürəm ki, alnıma kubok və ya başqa bir şey döydürəcəyəm!

Sözsüz ki, mənə yaddaqalan bir şeyə ehtiyacım olacaq - və ümid edirəm ki, bu, yaxşı olacaq”, - deyə Toni “The Sun” qəzetinə açıqlamasında bildirib.

14:14 - 13 İyun 2024

Xəbər lenti