Ter-Petrosyan saxtakardır - Paşinyandan SƏRT İTTİHAM

 Ter-Petrosyan saxtakardır - Paşinyandan SƏRT İTTİHAM

2020-ci ildən sonra Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi siyasi qüvvənin bəyanatları mənim "Müharibə, yoxsa sülh? Daha ciddi olmağın vaxtı gəldi” məqaləsi ilə bağlı təsəvvürümü dəyişdi.

Titul.az xəbər verir ki, bunu 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı Ermənistan baş naziri Nikol Paşinyan bildirib.  

“Keçən dövrün bəyanatları, Levon Ter-Petrosyanın klerikal-feodal elitasını birləşdirmək cəhdləri, eləcə də bir sıra bəyanatlar göstərir ki, bu məqalə əslində klerikal-feodal hiyləsinə müqavimət göstərmək üçün uğursuz cəhd deyil, klerikal-feodal hiyləsinin ayrılmaz tərkib hissəsi idi. Niyə? Çünki Ter-Petrosyan və Erməni Milli Konqresi bildirirlər ki, onlar ərazilərin qaytarılmasını nəzərdə tutmayıblar, Dağlıq Qarabağın müstəqilliyinin mümkünsüz olduğunu deməyiblər. Bu, klerikal-feodal hiyləsinin aşkar və birmənalı hissəsidir”, - deyə N.Paşinyan qeyd edib.

13:41 - 13 İyun 2024

Xəbər lenti