Modriç "Real"da qalmaq üçün BU ŞƏRTİ QƏBUL ETDİ

 Modriç

Xorvatiya millisinin və Madrid təmsilçisinin yarımmüdafiəçisi Luka Modriç "Real Madrid"lə yeni müqaviləsi üçün maaşının ikiqat azaldılmasına razılaşıb.

Titul.az xəbər verir ki, komanda rəhbərliyi ilə danışıqlardan sonra tərəflər razılığa gəliblər ki, gələn mövsüm yarımmüdafiəçi 10 deyil, 5 milyon avro qazanacaq. 38 yaşlı Modriçlə yeni müqavilə 1 illik olacaq. Hazırkı müqavilənin müddəti iyunun 30-da başa çatır.

Qeyd edək ki, ötən mövsüm Modriç "Real"ın heyətində bütün turnirlərdə 46 oyun keçirib. Bu oyunlarda iki qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildən "Real Madrid"də çıxış edir. Komanda ilə birlikdə o, dörd dəfə İspaniya çempionatının, altı dəfə Çempionlar Liqasının qalibi olub.

11:59 - 13 İyun 2024

Xəbər lenti