Bu azərbaycanlılar Rusiyadan deportasiya edilir

 Bu azərbaycanlılar Rusiyadan deportasiya edilir

Rusiyada bu ölkənin qanunvericiliyini pozan üç azərbaycanlının barəsində işlərə baxıb.

Titul.az xəbər verir ki, məhkəmə prosesində təqsirləndirilən şəxslər tövbə edərək Rusiya ərazisini özbaşına tərk edə bilmələri üçün azadlığa buraxılmalarını istəyib. Məhkəmə icraçıları onları inzibati xəta törətməkdə təqsirli biliblər və hər birinə ölkədən məcburi deportasiya edilməklə iki min rubl cərimə ödəməyi əmr ediblər.

Rusiyanı tərk edənə qədər azərbaycanlılar əcnəbilərin müvəqqəti saxlanma məntəqəsində saxlanılacaq.

Qeyd edək ki, bu il iyunun 4-də rayon mərkəzində polis ölkə ərazisində qalmağa icazəsi olmayan əcnəbiləri müəyyən edib.

11:12 - 13 İyun 2024

Xəbər lenti