Trampdan məşhur müğənni haqqında  TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA

 Trampdan məşhur müğənni haqqında  TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur müğənni Teylor Svift haqqında "Məncə o, çox gözəldir, lakin fikrimcə o, liberaldır" fikrini səsləndirib.

Titul.az xəbər verir ki, Donald Tramp bu barədə “Variety” jurnalına müğənni Teylor Svift haqqında fikirlərini bölüşərkən bildirib.

77 yaşlı sabiq dövlət başçısı Svift haqqında fikirləri ilə bağlı suala belə cavab verib:

"Düşünürəm ki, o, çox gözəldir, çox gözəldir! Mən onu çox gözəl hesab edirəm. Məncə, o, liberaldır. O, yəqin ki, Trampı sevmir. Məncə, o, çox gözəldir, əslində - qeyri-adi dərəcədə gözəldir!" 

Dünya şöhrətli müğənni isə yaxın günlərdə verdiyi ir müsahibəsində "Mən keçmişdə siyasi fikirlərimi açıq şəkildə ifadə etməkdən çəkinmişəm, lakin son iki ildə həyatımda və dünyada baş verən müəyyən hadisələrə görə indi bu barədə çox fərqli hiss edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, 2020-ci ildə Co Bayden və Kamala Harrisi dəstəklədiyini açıqlayan Svift, Donald Trampa qarşı olduğunu açıq şəkildə ifadə edib.

18:59 - 12 İyun 2024

Xəbər lenti