Əfsanəvi fransız müğənni və aktrisası, pop mədəniyyət ikonu Fransuaza Hardi 80 yaşında dünyasını dəyişib.
Titul.az xəbər verir ki, o son 20 ildə qan xərçəngi xəstəliyi ilə mübarizə aparıb.
Kədərli xəbəri ifaçının oğlu, müğənni Tomas Dutronc yayıb.
Qeyd edək ki, 2023-cü ildə Amerikanın “Rolling Stone” jurnalı onu bütün zamanların 200 ən böyük müğənnisindən biri elan edib.
14:28 - 12 İyun 2024