Məşhur amerikalı reper Meqan Zee Stallion süni intellect vasitəsilə hazırlanmış seks kaseti qalmaqalına görə səhnədə gözyaşlarını saxlaya bilməyib.
Titul.az xəbər verir ki, 29 yaşlı reper Meqan Zee Stallion konserti zamanı qəfildən səhnədə ağlamağa başlayıb.
“Qremmi” mükafatına layiq görülən reperin ağlamasını süni intellektlə onun haqqında hazırlanmış seks kasetləri ilə əlaqələndiriblər. Məşhur reper konserti olduğu gün sosial media hesabında süni intellektlə hazırlanan seks kasetləri ilə bağlı açıqlama verib.
Megan Zee Stallion görüntülərin saxta olduğunu vurğulayıb: “Bilin ki, bu gün mənimlə oyun oynadığınız son gündür, mən bu məsələdə ciddiyəm”.
Amerikalı müğənni bir müddət əvvəl keçmiş işçisi Emilio Qarsianın ittihamları ilə gündəmə gəlmişdi. Qarsiya aprel ayında müğənniyə qarşı qaldırdığı iddiada Megan Thee Stallionun qarşısında bir qadınla cinsi əlaqədə olduğunu və bu vəziyyətin ona narahatlıq, depressiya və stress yaşatdığını iddia etmişdi.
Reperin vəkili Aleks Spiro isə ittihamları rədd edərək, bu iddianın pul qazanmaq üçün açıldığını iddia edib.
13:43 - 12 İyun 2024