Sinqapurda evdə pişiklərin saxlanmasına qoyulan 35 illik qadağa aradan qalxacaq.
Titul.az xəbər verir ki, Sinqapurda 1989-cu ildən bəri qüvvədə olan və 4000 Sinqapur dollarına (2970 ABŞ dolları) qədər cərimə və ev heyvanının mənzildən çıxarılmasını nəzərdə tutan qadağa ləğv ediləcək.
Belə ki, məsələ ilə bağlı 2024-cü ilin sentyabrında yeni qaydalar və icazələr qüvvəyə minəcək.
Qeyd edək ki, qadağa 1960-cı ildə mənzil böhranını həll etmək üçün yaradılmış Mənzil və İnkişaf Şurasının (HDB) tabeliyində olan çoxmərtəbəli binalara şamil edilirdi.
06:06 - 12 İyun 2024