İrəvanda kriminal avtoritet öldürüldü

 İrəvanda kriminal avtoritet öldürüldü

İrəvanda silah səsləri eşidilib.

Titul.az xəbər verir ki, təxminən yarım saat əvvəl paytaxtın Ajapnyak rayonunda atəş səsləri eşidilib.

Sakinlərin sözlərinə görə onlar avtomobildən açılan avtomat atəşinin səsini eşidiblər. Hadisə yerinə polis qrupları cəlb olunub.

Mətbuatda yayılan bir digər xəbərdə isə İrəvanda baş verən atışma nəticəsində “Faz” ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın öldürüldüyü bildirilir.

00:11 - 12 İyun 2024

Xəbər lenti