Kloze də baş məşqçi oldu

 Kloze də baş məşqçi oldu

Almaniyanın “Nürnberq” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Titul.az xəbər verir ki, “Nürnberq” klubunun baş məşqçisi postu Miroslav Klozeyə tapşırılıb.

Qeyd edək ki, 46 yaşlı Kloze bundan əvvəl Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib. “Nürnberq” qarşıdakı mövsümdə 2-ci Bundesliqada çıxış edəcək.

Xatırladaq ki, Almaniya millisinin tərkibində Miroslav Kloze dünya çempionatında qol sayına görə rekorda sahibdir - 16 qol.
 

18:59 - 11 İyun 2024

Xəbər lenti