Keçmiş futbolçu faciəvi şəkildə öldü - FOTO

 Keçmiş futbolçu faciəvi şəkildə öldü - FOTO

Türkiyədə sabiq futbolçu faciəvi şəkildə ölüb.

Titul.az xəbər verir ki, hadisə Denizli şəhərinin Sarayköy qəsəbəsində baş verib. “Sarayköyspor”un 32 yaşlı keçmiş futbolçusu Kemal Karataşın idarə etdiyi elektrikli velosiped idarəetmədən çıxaraq kanala düşüb.

Xəstəxanaya yerləşdirilən Karataşın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

17:18 - 11 İyun 2024

Xəbər lenti