Babasını amansızlıqla qətlə yetirdi - Sonra etdiyi isə daha dəhşətlidir

 Babasını amansızlıqla qətlə yetirdi - Sonra etdiyi isə daha dəhşətlidir

Moskvada nəvə babasının başını balta ilə kəsib.

Titul.az xəbər verir ki, qatil həmçinin bir həftə meyiti evdə saxlayıb.

Keçmiş dəmiryolçu olan 86 yaşlı babası ilə eyni 5 mərtəbəli mənzildə yaşayan 36 yaşlı şəxs mübahisə zamanı onun başını kəsib. O, qohumunu öldürmə faktını 5 gün gizlədib. Bu müddət ərzində qatil fasiləsiz spirtli içki qəbul edib. Babasının kəsdiyi başını stolun üstünə qoyub və ölmüş baba ilə söhbət edib. Qohumları uzun müddət yaşlı kişi ilə əlaqə saxlaya bilməyib və iyunun 8-də bu dəhşətli mənzərəni aşkar edən polisə müraciət ediblər.

Qonşuların dediyinə görə, qatil babası və nənəsi tərəfindən böyüdüb (yaşlı qadın təxminən 8 il əvvəl vəfat edib).

Qeyd edək ki, gəncin valideynləri ölüb: atası 2010-cu ildə gölməçədə boğulub və bir neçə il sonra anası mənzilində yanğında ölüb. 

Təqsirləndirilən şəxsə qarşı həbs-qətimkan tədbiri seçilib.

15:21 - 11 İyun 2024

Xəbər lenti