Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

 Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

İyunun 18-i gündüzdən 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Titul.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

12:16 - 18 İyun 2024

Xəbər lenti