Moskvada toy edən azərbaycanlılar yolu bağlayıb və havaya atəş açmağa başlayıblar. Bu vəziyyətdən narahat olan şəhər sakinləri polisə şikayət edib.
Titul.az xəbər verir ki, saat 13.30-da onlarla xarici avtomobil Reutovskaya küçəsindəki hündürmərtəbəli binaların həyətində yolda dayanaraq, toy şənliyi keçiriblər. Mahnıların səsi pəncərələrdən evə dolub.
Avtomobillərin üzərində Azərbaycan bayraqları asılıb. Bir saat ərzində səs-küylü gənclər toyu qeyd ediblər: mahnı oxuyublar, ləzginka rəqs ediblər, fit çalıblar və atəş açaraq, qışqırıblar.
Bəy-gəlin maşınından pul alandan sonra silahlarını maşının şüşələrindən çıxaran kişilər havaya atəş açmağa başlayıblar. Onların yaylım atəşləri beş dəqiqə çəkib.
Toy kortejinin havaya atəş açan iştirakçıları saxlanılaraq polis idarəsinə aparılıb.
14:36 - 11 İyun 2024