Məşhur "oğruya"  HÖKM OXUNDU

 Məşhur

İkinci Qərb Dairə Hərbi Məhkəməsi kriminal avtoritet Şişkan (əsl adı Oleq Medvedyev) barəsində hökm çıxarıb. 

Titul.az xəbər verir ki, o, cinayətkar dəstənin təşkili, qətl və banditizmdə təqsirli bilinib.

Məhkəmə onun barəsində cəzasını xüsusi rejimli həbsxanada çəkməklə ömürlük həbs və 5 milyon rubl (56 min dolardan çox) cərimə ödəməklə bağlı qərarı çıxarıb. 

Xatırladaq ki, “ölkənin baş oğrusu” 2019-cu ilin yayında tutulub və o zaman həbs edilib. Onun dəstəsinin üzvləri hüquq-mühafizə orqanlarının əlindən qaça bilməyiblər.

 

14:42 - 10 İyun 2024

Xəbər lenti