İyunun 10-da səhər məlum olub ki, arvadını öldürdüyünə görə mart ayında ömürlük həbs cəzasına məhkum edilmiş 72 yaşlı Qiora Peri həbsxana kamerasında ölü tapılıb.
Titul.az xəbər verir ki, onun ölümünün səbəbi və şəraiti hələlik məlum deyil. Ölümün təbii səbəblərdən baş verdiyi güman edilir.
İsrailli professor Qiora Perinin 2019-cu ildə Qərbi Neqevnin Talmey Eliyahuda yerləşən evində həyat yoldaşını güllələyərək öldürdüyü məlum olub. Həmin vaxt 10 il evli olduqları üçün boşanma prosesində idilər. Aralarında pul üstündə mübahisə yaranıb və Esti Aaronoviç ərini tərk etmək qərarına gəlib. Kişi ona 5 dəfə atəş açıb, sonuncu iki dəfə başından vurub. Daha sonra professor avtomobillə polisdən qaçmağa çalışsa da, qəzaya düşüb və həbs olunub. Məhkəmədə o, günahını rədd edərək, arvadını silah üçün mübarizə apararkən təsadüfən güllələdiyini deyib.
12:50 - 10 İyun 2024