"Tvente"nin yarımmüdafiəçisi Mixal Sadilek Çexiya millisinin heyətində 2024-cü il futbol üzrə Avropa çempionatını buraxacaq.
Titul.az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının saytında məlumat verilib.
Təşkilat buna səbəb futbolçunun iyunun 8-də velosipeddən yıxılması nəticəsində baldır nahiyəsindən aldığı zədə olduğunu bildirib. Çexiya millisinin baş məşqçisi İvan Qaşek Sadilekin zədəsinin komandanı zəiflətdiyini deyib.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Çexlər Portuqaliya, Türkiyə və Gürcüstanla eyni qrupda çıxış edəcək.
09:53 - 10 İyun 2024