Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb.
Titul.az xəbər verir ki, arxiyepiskop “Mən bütün soydaşlarımızı bura, Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsinə toplaşaraq öz vətəndaşlıq borclarını yerinə yetirməyə çağırıram”, - deyə tərəfdarlarına müraciət edib.
Arxiyepiskopun və yüzlərlə paytaxt sakininin hazırda polisin onlara irəliləməyə imkan vermədiyi Dəmirçyan küçəsinin yaxınlığında olduğu bildirilir. O polisə heç yerə getməyəcəklərini deyib.
Qeyd edək ki, Ermənistanın “Vətən uğrunda Tavuş” müxalif hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da hakimiyyətə öz iradələrini tətbiq etmək üçün xalqı 96 saat ərzində kütləvi itaətsizlik aksiyalarına və etiraz aksiyalarına toplaşmağa çağırıb.
00:03 - 10 İyun 2024