Rusiyada rüşvətxorluq ittihamı ilə keçmiş rəis müavini Mixail Privalixin üçün maksimum rejimli koloniyada 18 il cəza istənilib.
Titul.az xəbər verir ki, Privalixin dəfn xidmətləri göstərən şirkətin rəhbərindən təxminən 9 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur. Qarşılığında isə Privalixin şirkətə himayədarlıq edib.
Keçmiş polis pulun alınması faktını inkar etmir, lakin pulun ona niyə verildiyini anlamadığını deyir:
“Mən onu götürdüm, amma özüm də səbəbini başa düşmədim. Onu mənə məcbur verdi”.
12:50 - 7 İyun 2024