"Real" azarkeşlərinə PİS XƏBƏR: 3 ay oynamayacaq 

“Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Avropa çempionatının sonunda çiynindən əməliyyat oluna bilər.

Titul.az xəbər verir ki, Jude Bellinqhem gələn mövsümün əvvəlində üç aya qədər oyunları buraxa bilər. Hazırda yarımmüdafiəçi İngiltərə millisinin heyətindədir və Avro-2024-ə hazırlaşır. Onun gələn həftə başlayacaq Avropa çempionatında iştirakına heç nə təhlükə yaratmır.

Məlumata görə, futbolçu La Liqa oyunlarından birində aldığı çiyninin çıxmasının nəticələrindən narahatdır. Konservativ müalicə istənilən nəticəni vermir. Jude əməliyyat tələb edə bilər və sağalması üç aya qədər çəkəcək.

Qeyd edək ki, Bellinqhem 2023-cü ilin yayında “Borussia Dortmund”dan 103 milyon avroya keçərək “Real Madrid”in oyunçusu olub.

08:53 - 7 İyun 2024

Xəbər lenti