Avstraliyanın ən böyük aviaşirkəti “Qantas”ın Sidneydən Oklendə (Yeni Zelandiya) uçan təyyarəsi quşun mühərrikə girməsi səbəbindən Sidney hava limanında məcburi eniş edib.
Titul.az xəbər verir ki, hadisə təyyarə Sidney hava limanından havaya qalxdıqdan bir saat sonra baş verib.
Aviaşirkətin yaydığı ilkin məlumatlara görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi İdarəsi hadisənin səbəblərini araşdırır.
07:17 - 7 İyun 2024