İş adamının oğlunu öldürmək üçün killer tutuldu

 İş adamının oğlunu öldürmək üçün killer tutuldu

Rusiyanın Moskva şəhərində iş adamının oğlu qətlə yetirilib.

Titul.az xəbər verir ki, sifarişli qətl nəticəsində dünyasını dəyişən 34 yaşlı Konstantin Balışanski Mediasystem Group şirkətinin rəhbəri Andrey Balışanskinin oğlu olub.

Balişanskinin şirkəti sərgi və tədbirləri multimedia avadanlıqları, LED və LCD ekranlarla təmin edir. Mərhum da orada işləyib.

2006-cı ildə Rusiya komandasında ilk skater olan Konstantin, ən son sistem inzibatçısı vəzifəsində çalışıb.

Cinayətkar Balışanskini yaşadığı evin girişində vurub. Oyun meydançasının yaxınlığında, qatil ona atəş açmağa başlayıb. Balişanski qaçsa da, “killer” ona çata bilib və avtomatla atəş açaraq, işini bitirib.

Daxili İşlər Nazirliyi cinayəti sifarişli adlandırıb. Hazırda cinayətkarın axtarışı davam etdirilir.

14:29 - 6 İyun 2024

Xəbər lenti