Məşhur aktyorun həbsxanada meyiti tapıldı - Azadlığa çıxmağa 1 ayı qalmışdı - FOTO

 Məşhur aktyorun həbsxanada meyiti tapıldı - Azadlığa çıxmağa 1 ayı qalmışdı - FOTO

"Netflix"in ulduzu Con Mak Allisterin həbsxanada meyiti tapılıb.

Titul.az xəbər verir ki, "Netflix" platformasında yayımlanan “Unlocked A Jail Experiment” ("Kilidi açılan həbsxana eksperimenti") serialının ulduzu Con MakAllister 29 yaşında vəfat edib.
Onun meyiti Arkanzas ştatının Pine Bluff şəhərindəki həbsxana kamerasında tapılıb..

Allister səhər saatlarında Tibb Mərkəzinə aparıldıqdan sonra ölüb. O, bir ay sonra azadlığa buraxılmalı idi.

14 həbs cəzası almış aktyor çoxsaylı cinayətlər, o cümlədən narkotiklərlə əlaqəli 10 cinayət, oğurluq və qeyri-qanuni odlu silah saxladığına görə cəza çəkirdi.

13:04 - 6 İyun 2024

Xəbər lenti