Yırtıcı konsert zamanı müğənniyə hücum etdi

 Yırtıcı konsert zamanı müğənniyə hücum etdi

İspaniyada müğənni Taylor Momseni konsert zamanı hücum aməruz qalıb. Ona hücum edən yarasa dişləyib.

Titul.az xəbər verir ki, “Pretty Reckless” qrupunun ulduzu Taylor Momsen mahnını ifa edərkən tamaşaçılar qəfil qışqırmağa və müğənninin ayağına işarə etməyə başlayıblar.

Məlum olub ki, səhnəyə uçan yarasa Momsenin libasının ətəyindən yapııb. Yarasa ifaçının ayağını dişləyib. Momsen hadisəni  həyəcanlanmadan qarşılayıb.

O ayağına yapışan yarasanı tamaşaçılara göstərərək, oxuduğu "Witches Burn" ("Cadugərlər yanır") mahnısına işarə edib və özünün həqiqətən də cadugər olmasına inandığını deyib. 

Momsen konsertdən sonra xəstəxanaya aparılıb və orada quduzluğa qarşı peyvənd vurulub. Növbəti bir neçə həftə ərzində qadın peyvənd kursunun bir hissəsi kimi daha bir sıra inyeksiya alacaq. 

11:17 - 6 İyun 2024

Xəbər lenti