İdmançı sevgililər faciəvi şəkildə ÖLDÜLƏR - FOTO

 İdmançı sevgililər faciəvi şəkildə ÖLDÜLƏR - FOTO

Dünya çempionatında mübarizə aparan italiyalı xizəkçi Jan-Daniel Pession və onun sevgilisi Elisa Arlian İtaliyanın şimal-qərbində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.

Titul.az xəbər verir ki, Pession İtaliyanın şimalındakı Antaqnod xizək məktəbində xizək təlimatçısı kimi işləyib.

Axtarış saatlarla davam edib. Xilasedicilər cütlüyün eyni kəndirdən asılmış cəsədlərini tapıblar.

Pession və xizək üzrə təlimatçı olan 26 yaşlı sevgilisi tanış marşrutla getdikdən sonra Aosta Vadisi bölgəsindəki Çampoluc kurort kəndinin üstündəki Zerbion dağının zirvəsindən 700 metr hündürlükdən yıxılıblar.

Onlar evə qayıtmayanda narahat olan ailə üzvləri xilasetmə mərkəzinə zəng etdikdən sonra dərhal helikopterlər hərəkətə keçib.

Xəbərdə deyilir ki, ər-arvadın hara yıxıldığını göstərmək üçün ərazidə heç bir görünən iz olmayıb və üç ekipajın iştirak etdiyi xilasetmə əməliyyatı bir neçə saat çəkib.

Xilasedicilər nəhayət mobil telefon siqnallarından istifadə edərək cütlüyün yerini müəyyən edə biliblər.

Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) məlumatına görə, Pession 2021-ci il Dünya Kubokunun sürətli xizək yarışları reytinqində 15-ci yerdədir. 2022-ci ildə Varda keçirilən Dünya Çempionatında ilk 25-də yer alıb.

10:01 - 6 İyun 2024

Xəbər lenti