Türkiyədə iki bacının meyiti tapılıb.
Titul.az xəbər verir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində qeydə alınıb. 30 yaşlı Şerife Bedelin meyiti saat 10 radələrində yaşadığı evdən 1.5 km aralıda binalardan birinin həyətində tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri olmayıb.
Həmçinin məlum olub ki, onun bacısı 26 yaşlı Gül Bedelin meyiti də yaşadığı evdə saat 6 radələrində tapılıb. Onun dərman içərək intihar etdiyi üzə çıxıb.
Faktla bağlı araşdırma başlayıb.
17:07 - 5 İyun 2024