Rusiyanın Murmansk vilayətində məhkumdan rüşvət almaqda təqsirləndirilən 17 saylı cəzaçəkmə koloniya-qəsəbəsinin keçmiş rəisi rüşvət alarkən cinayət başında yaxalanıb.
Titul.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Federal Penitensiar Xidmətin keçmiş əməkdaşı 2023-cü ildə məhbusdan pul alıb və ona koloniyadan kənara çıxmağa kömək edib. Rüşvətin ümumi məbləği 260 min rubldan (təxminən 5 min manat) çox olub.
İş materialları məhkəməyə verilib. Koloniyanın keçmiş rəisinə qarşı “Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət alma” maddəsi ilə ittiham irəli sürülüb. Onu 12 ilə qədər həbs cəzası gözləyir.
15:13 - 5 İyun 2024