23 il əvvəl yoxa çıxan qadının sümükləri tapıldı

 23 il əvvəl yoxa çıxan qadının sümükləri tapıldı

Avstraliyada polis təsadüfən qadın qalıqları tapılıb.

Titul.az xəbər verir ki, bu sümüklər 2001-ci ildə yoxa çıxan qadına şəxsusdur. 

Belə ki, 23 il əvvəl 24 yaşlı Kelly Ann Karmaykl doğulduğu Qilonqdan Katoombaya gedib və yoxa çıxıb. Onu sonuncu dəfə 29 aprel 2001-ci ildə yataqxanadan çıxarkən görüblər. Karmaykl yoxa çıxandan bir neçə il sonra o, itkin düşmüş elan edilib. Polis 2004-cü ildə araşdırmaya başlayıb və 2009-cu ildə onun öldüyü elan olunub. Müstəntiqlər hesab ediblər ki, Karmaykl şizofreniyadan əziyyət çəkdiyi üçün özünü öldürüb.

2011-ci ildə polis Karmaykl haqqında hər hansı məlumat üçün 200 min Avstraliya dolları (2011-ci ilin məzənnəsi ilə təxminən altı milyon rubl) mükafat elan edib, lakin bu da nəticə verməyib.

Qeyd edək ki, Karmayklın sümükləri polisin heç bir əlaqəsi olmayan əməliyyat zamanı təsadüfən tapılıb. Onun əşyaları 2024-cü ilin aprelində Katoomba yaxınlığında, may ayında isə yaxınlıqda qalıqları tapılıb.

14:47 - 5 İyun 2024

Xəbər lenti