ABŞ-da öldüyü hesab edilən qadın morqda dirilib.
Titul.az xəbər verir ki, Nebraska ştatında 74 yaşlı qadının yaşadığı qocalar evinin tibb bacıları onun nəfəs almadığını görüblər. Qadının vəziyyəti ağır kimi qiymətləndirilib.
İyunun 3-də səhər saatlarında onun həyati əlamətlərinin qeydə alınması dayanıb. Yaşlı sakinin meyiti morqa göndərilib.
Ancaq bir neçə saat sonra məmurlar qadının nəfəs aldığını görüblər. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.
12:48 - 5 İyun 2024