Ərini çarpayıya bağlayıb işgəncə verdi - Görün nə üstündə

 Ərini çarpayıya bağlayıb işgəncə verdi - Görün nə üstündə

Hindistanda qadın mobil telefon üstündə mübahisə zəminində ərini çarpayıya bağlayıb. Bu azmış kimi, o, ərini dəyənəklə döyüb və elektrik cərəyanı ilə işgəncə verib.

Titul.az xəbər verir ki, Uttar Pradeş ştatının Saifai şəhərindən olan Pradip Sinq 33 yaşlı həyat yoldaşı Babi Yadavın hər gün kiminləsə telefonla danışdığını görüb. Bu səbəbdən cütlük bir neçə dəfə mübahisə edib. Nəticədə kişi Yadavın davranışını ailəsinə danışıb. Ona arvadının telefonunu götürməyi məsləhət görüblər. Sinq deyilənləri edib və bu, arvadını qəzəbləndirib.

Qisas alan qadın ərinə sakitləşdirici dərman verib və onu kriket dəyənəyi ilə döyüb. Sonra onu çarpayıya bağlayıb və elektrik cərəyanı ilə işgəncə etməyə başlayıb. 14 yaşlı oğlan anasının qarşısını almağa çalışsa da, o da döyülüb.

Nəticədə Sinq xəstəxanaya yerləşdirilib və müalicəsi davam edir. Yadav isə polisdən gizlənib. O, adam öldürməyə cəhd, zəhər və hədə-qorxu ilə sağlamlığa zərər vurmaq ittihamı ilə axtarışa verilib.

10:09 - 5 İyun 2024

Xəbər lenti