Rusiyada "Kuzbass Kuboku" matçında futbolçu hakimi ölümcül döyüb.
Titul.az xəbər verir ki, hakim xəstəxanaya yerləşdirilib.
Hadisə "Yunost-sənaye" və "Şeqlovski Pivovar" komandalarının görüşü zamanı baş verib. "Yunost"un müdafiəçisi Vasili Kozlov qaydaları pozub, buna görə baş hakim Sergey Zaqudenkov ona qırmızı vərəqə göstərib. Bundan sonra Kozlov hakimə hücum edərək, onun üzünə bir neçə yumruq zərbəsi endirib. Zaqudenkov yıxılaraq huşunu itirib, bundan sonra xəstəxanaya yerləşdirilib.
İnsident nəticəsində futbolçu qeyri-müəyyən müddətə bütün yarışlardan kənarlaşdırılıb. Zərərçəkmiş onun əleyhinə polisə ərizə yazaraq, cinayət işi başlanmasına çalışacaq.
09:10 - 5 İyun 2024