Ermənistan Rusiya ilə təmaslardan yayınır - Qaluzin

 Ermənistan Rusiya ilə təmaslardan yayınır - Qaluzin

İrəvan Moskva ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə təmaslara maraq göstərmir.

Titul.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bildirib.

O qeyd edib ki, bu, Qərbin Ermənistana göstərdiyi təzyiqlərin nəticəsidir.

“2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin bir dənə də görüşü olmayıb”, - Qaluzin vurğulayıb.

XİN başçısının müavini əlavə edib ki, iki ölkənin müdafiə idarələri arasında təmasların dinamikası da azalıb, hərbi-texniki əməkdaşlıq zəifləyib.

04:21 - 5 İyun 2024

Xəbər lenti