"Mən sənətimdə heç vaxt maliyyə tərəfin fikirləşən adam olmamışam".
Titul.az xəbər verir ki, bunu Səidə Sultan bildirib.
Qadın müğənni bildirib:
"Mən istəyirəm tamaşaçı mənim arxamca gəlsin, mən tamaşaçının arxasınca yox. İstəyirəm yaradıcılığımda yaxşı musiqilər olsun, sabah gələcək nəsil də qulaq asanda desin ki, necə zövqlü olub, necə yaxşı musiqilər qoyub gedib. Mən istəyirəm ki, dünyamı dəyişəndən sonra da, indi də mənim mahnılarımı oxusunlar, yaşatsınlar. Çünki mən pulu fikirləşsəydim, hər şey başqa cür olardı".
22:51 - 13 İyun 2024