Əməkdar artist İlkin Əhmədovun oğlunun kiçik toyuna dəvət alanlar arasında Şəbnəm Tovuzlu da olsa, o bu toyda iştirak etməyib.
Titul.az xəbər verir ki, bu barədə Şəbnəm özü məlumat verib.
Müğənni bunu toyun vaxtını unutmaqla əlaqələndirib:
"Mən o vaxt aeroporta gəlirəm, baxdım instaqramda ki, vay..., hammı toydadır. Mənim ağlımdan çıxıb. Çünki mən pul göndərməliydim, ya kimsə getməli idi".
Müğənni toyda iştirak edən qiraət ustası Pünhanla əlaqə saxlayaraq onun əvəzinə pul saldırdığını sözlərinə əlavə edib.
11:44 - 12 İyun 2024