Müğənni Manaf Ağayev "Rəngarəng səhər"də gənc sənət yoldaşı Leyla Rəhimovaya müraciəti ilə yadda qalıb.
Titul.az xəbər verir ki, Manaf Leyla ilə duet ifa etmək üçün bütün hazırlaqların onun tərəfindən yekunlaşmasına baxmayaraq, Leylanın 4 aydır öz hissəsini studiyada ifa etmək üçün getmədiyini və bunu hər dəfə "səsinin işləmədiyi" bəhanəsinə bağladığını qeyd edib.
Müğənni efirdə Leyladan bərk incidiyini sözlərinə əlavə edib:
"Necə olur toya gedirsən, toyda səsin şaqqıldayır, amma buna gələndə 4 aydır səsin işləmir?! Məni yola vermək olmaz, mənlə oynamaq olmaz".
Ətraflı videoda:
13:00 - 13 İyun 2024